1400 şardan 12 metrlik dinozavr düzəltdi

1400 şardan 12 metrlik dinozavr düzəltdi

30 İyun 2011 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Kanadalı Mark Verge 55 saat işlədikdən sonra bizim xəbər portalımızın qəhrəmanına çevrilməyi bacardı. 1995-ci ildən bu yana hobbisi olan şarlardan müxtəlif fiqurlar yaradan Mark hətta sərgi belə açıb. Onun son əsəri isə nəhəng alınıb. Belə ki, "şarçı" ən yırtıcı dinozavr olan "Tyrannosaurus Reks"i şarlardan düzəldib. 1400 şardan istifadə edərək, 12 metr hündürlükdəki dinozavrı ərsəyə gətirən kanadalı bu işinin üzərində 55 saat baş sındırıb. 45 yaşlı Mark dinozavr üçün, "Bu ana qədər düzəltdiyim ən böyük modeldir", - deyib.

Hamısı bekarçılıqdandır. Başı bizim kimi çörək pulu qazanmağa qarışsa, nə şar yadına düşər, nə də dinozavr.

Günel Həbib

O.M.