Quzğunlar pis insanları unutmur

Quzğunlar pis insanları unutmur

30 İyun 2011 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Quzğunların onlara zərər verənlərin üzünü yaddaşlarına həkk etdiyi, hətta onu başqa quzğunlara da başa sala bilmə qabiliyyəti sübut olundu. Xüsusi bir maska taxan Vaşinqton Universitetinin elm adamları quzğunların ayaqlarına halqa taxdıqdan sonra onu azad buraxdılar. Daha sonra araşdırmaçılar quzğunların reaksiyasını görmək üçün eyni maska ilə yanlarından bir neçə dəfə keçdilər. 5 il davam edən araşdırma çərçivəsində heyvanlar bu maskaları gördükdə qışqıraraq, digər quzğunları da xəbərdar etdilər. Onlara qarşı xoşluqla davranan, yaxşılıq edənlərin simalarını da beyinlərinin bir kənarına yazdıqları sübut olundu.

Amma elə adamlar var ki, yaxşılıq elə, ya pislik, onun üçün fərqi yoxdur. Elələri heyvandan da betər olur...

Günel Həbib

O.M.