Milyonlarla arının hücumuna məruz qaldı

Milyonlarla arının hücumuna məruz qaldı

30 İyun 2011 11:41
Bəyəndim (0) Bəyənmədim (0)

Çində yaşayan Zanq Hinqlun adlı insanın qəribə hərəkəti görənləri təəccübləndirib. Çünki uzun illərdir arı saxlayan Zanq 39 kiloqram arının üzərinə qonmasını təmin edib və ortaya maraqlı görüntülər çıxıb. 59 yaşlı kişi öncə üzərinə bal sürtüb və ana arını özünə tərəf çəkməyi bacarıb. Elə bu andan etibarən də digər arılar başından aşağı tökülməyə başlayıblar. Bunu sadəcə teatr kimi göstərdiyini söyləyən arıçı milyonlarca arının onu sancmasının qarşısını isə vücuduna sürtdüyü xüsusi yağlar sayəsində ala bilib.

Arının ağzında bal olduğu kimi, arxasında da iynəsi olduğunu unutmaq olmaz.

Günel Həbib

O.M.