İlk uçan motosiklet kəşf edildi

İlk uçan motosiklet kəşf edildi

29 İyun 2011 12:23
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliyalı Kristofer Malloy dünyanın ilk uçan motosikletini icad edib. "Hoverbike" adı verilən motosiklet 10 metrə qədər uça bilir və saatda 160 km yol qət edir. Eks təyyarə pilotu olan 32 yaşlı Malloy qarajında ərsəyə gətirdiyi "təyyarəsinə" 2.5 ilini sərf edib. "Hoverbike"nin 90 min avrodan satılacağı təxmin edilir. Malloy, "Burada təhlükəsizliyi ön planda tutmuşam. Motosikletin skeletinin qırılması imkansızdır. Qısa anda isə arxadan iki paraşüt avtomatik olaraq açılır", - deyib. Bu icadı üçün həftədə 367 avro xərclədiyini dilə gətirən qəhrəmanımız haradasa 2.5 il ərzində bütün yığdığı pullarını bu yolda xərclədiyini də vurğulayıb.

Bir şeyi yaratmaq üçün nələrisə qurban vermək lazımdır, həmçinin illərlə yığılan pulları da.

Günel Həbib

O.M.