9,570,000,000,000,000,000,000

9,570,000,000,000,000,000,000

8 Aprel 2011 12:28
Bəyəndim (0) Bəyənmədim (0)
Bir il içində dünyanın nə qədər məlumat istehlak etdiyini bilirsinizmi?

Tədqiqatçılar bir araya gəldilər və dünyanın bir il içində nə qədər məlumatı istehlak etdiyini hesablamaya çalışdılar. Elm adamlarının hesabatına görə, dünya bir ildə 9,570,000,000,000,000,000,000 bayt - yəni 9.57 zettabayt məlumat istehlak edir. 27 milyon serverdən alınan nəticələrə söykənən bu məlumata "Google", "Microsoft", "Yahoo" kimi nəhənglərin serverləri heç daxil deyil. Bu rəqəm üst-üstə düzülən kitablarla ifadə edilsə, o zaman kitabların boyu 9 milyard kilometri aşar. Eyni zamanda yenə bu rəqəmlə Yerdən Neptuna 20 dəfə gedib-gəlmək mümkündür.

O.M.