Temza çayının suyunun üstündən gəzərək keçdi

Temza çayının suyunun üstündən gəzərək keçdi

28 İyun 2011 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin ən məşhur illüzionisti olan "Dinamo" ləqəbli Stiv Freyn dünən maraqlı bir səhnəyə imza atdı. Londondakı Temza çayının üzərindən gəzərək keçən 28 yaşlı məşhurun mətbuat katibi yayımlanan fotoların saxta olmadığını və Freynin heç bir köməksiz bir ilkə imza atdığını vurğuladı. Çəkilən rəsmlərdə sehrbazın Vestminster sarayına doğru getdiyi açıqca görülür. Bu görüntülərin film kimi çəkildiyi və 8 iyulda "Dynamo: Mission Impossible" (Dinamo - vəzifəsi inanılmazdır)adı altında tv-də yayımlanacağı bildirildi.

Belə getsə, gördüyümüzə də inanmamalı olacağıq...

Günel Həbib

O.M.