İntihar etmək istəyən bu meşəni seçir

İntihar etmək istəyən bu meşəni seçir

28 İyun 2011 10:35
1 287
Bəyəndim (0) Bəyənmədim (0)
Bu meşədə qəribə səslər eşidilir

Yamyaşıl yosunlu ağaclarla əhatə olunmuş bu qorxulu meşəni digərlərindən xeyli fərqləndirən maraqlı hekayə vardır. Yaponiyanın Fuji dağlarını bəzəyən meşənin əsl adı "Aokiqahara"dır. Amma bundan başqa o, "intihar meşəsi" adı ilə də tanınır. Səbəbi də intihar etmək istəyənlərin son olaraq bu məkanı seçməsidir. Vataru Tsurumuinin "İntihar əl kitabı"nda bura "ölmək üçün mükəmməl bir yer" deyə anılır. Fərqli illərdə bu meşədən ümumilikdə 167 cəsəd tapılıb. Cəsədlərin yanlarında bir çox hallarda Tsurumuinin o məşhur kitabı da aşkar olunub. Standart meşələrdə "siqaret çəkməyin, alov yandırmayın" xəbərdarlığı asılıbsa, burada "xahiş edirik ki, intihar etməyin. İntihar etməmişdən öncə bir daha düşünün" sözləri yazılıb. Hətta "intihar etmək istəyirsinizsə, polisi əvvəlcədən xəbərdar edin" kimi gülünc lövhələri də bu meşənin girəcəyində görmək mümkündür. Piknik, gəzinti üçün mükəmməl yer olan "Aokiqahara"nın adı çıxınca canı çıxsaydı, yaxşı olardı. Hətta bölgədə yaşayanlar da buraya intihar üçün gələni gözündən sezə bilirlər. Amma nə qədər çalışsalar da, bu həqiqəti dəyişmək onların əlində deyil. Burada sual ortaya çıxır: Nəyə görə məhz bura? Səbəbi meşənin Fujinin ətəyində olmasıdır. Digər səbəbi isə meşənin uğursuz, mənfi aurasıdır. Ağacların arası ilə irəlilədikdə meşənin öz səsindən savayı başqa səslər də eşitmək mümkün olur. İnanca görə, bütün bu səslər burada intihar edən ruhlardan gəlir. Ruhlardan, intihar edənlərdən savayı normal insanlar da bu meşədə vaxtlarını keçirirlər. Belə ki, yerli məmurlar burada təmizlik işləri aparırlar. Onların əsas işi heyvanlar tərəfindən yeyilmiş cəsədlərin qalıqlarını toplamaqdır. Hətta meşə müdirliyində cəsədləri saxlamaq üçün xüsusi bir otaq belə var. Otaqda 2 çarpayı var: onlardan biri cəsəd, digəri isə yanında yatmaq istəyən üçündür - belə biri olsa əgər! Çünki yaponlara görə, cəsədlər yalnız qalarsa, pis ruhlar onlara işgəncə verər.

Meşədə intihar etməkdənsə sunamini gözləməkləri məsləhətdir...

Günel Həbib

O.M.