37 ildir ki, çimmir

37 ildir ki, çimmir

24 İyun 2011 14:25
Bəyəndim (0) Bəyənmədim (0)
Ona elə gəlir ki, çimməsə oğlu olacaq


Hindistanlı əkinçi Kailaş Sinqx tam 37 ildir ki, çimmir. 1974-cü ildə evləndikdən qısa müddət sonra çimən 66 yaşlı qəhrəmanımız üçün bu, son vanna qəbulu olub. Məqsədi isə oğul atası olmaqdır. Onun sözlərinə görə, dindar bir şəxs ona çimməyəcəyi təqdirdə oğul atası olacağını deyib. Ancaq görünür, bu tövsiyə işə yaramayıb. Çünki hazırda 7 qız övladı olan Sinqx hələ arzusuna çatmayıb. Vaxtını inəkləri sağmaqla, atəşin ətrafında rəqs etməklə keçirən Sinqxin daha bir hobbisi də hindu Şivaya itaət etməkdir. Onun 60 yaşlı arvadı Kalavti Devi ərini bir neçə dəfə hamama salmaq istəmiş, ancaq o, hər səfərində qaçıbmış.

Hindlilərin çoxu suquşu olurlar. İldə bir dəfə çimirlər ...

Günel Həbib

O.M.