Trolleybus sürücüsü hamilə qadını doğuzdurdu

Trolleybus sürücüsü hamilə qadını doğuzdurdu

26 Dekabr 2014 09:27
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada qəribə doğuş hadisəsi baş verib. İnterfax-ın məlumatına görə, Rusiyanın Novosibirsk şəhərində trolleybus salonunda hamilə qadının belində ağrılar başlayıb. 5 saylı marşrutla hərəkət edən trolleybusda Olqa Naftayeva adlı sərnişin yanındakı hamilə qadının halının qəflətən dəyişməsi barədə sürücüyə məlumat verib. Trolleybus dərhal hərəkətini dayandırıb. Xəstə oturacaqlara uzadılıb. Hadisə barədə təcili tibbi yardım stansiyasına məlumat verilsə də, həkimlər gələnə qədər sürücünün və bir neçə sərnişinin köməyi ilə doğuş həyata keçirilib. Qəribə şəraitdə dünyaya gələn körpə həkimlərə təhvil verildikdən sonra trolleybus öz marşrutu ilə hərəkətini davam etdirib.

Mediainfo.az