Pulun varsa, istədiyin orqanı tapmaq cəmi 2 həftə çəkər

Pulun varsa, istədiyin orqanı tapmaq cəmi 2 həftə çəkər

23 İyun 2011 14:45
1 728
Bəyəndim (0) Bəyənmədim (0)
Orqan bazarında olub-bitənlər

Əgər gözəllik sektoruna və cibinizə dəstək olmaq istəyirsinizsə, illərdir uzatdığınız saçlarını gözəllik salonunda satmağınızın qorxusu yoxdur. Bəs pulsuz olduğunuzda böyrəyinizi və ya qaraciyərinizi satmağı heç düşündünüzmü? Əlbəttə ki, yox. Mövzu maraqlı olduğundan qeyri-leqal orqan ticarətində olub-bitənləri araşdırdıq...

Orqanının bağışlanması fərdi tərcihdir. Ürək nəqli üçün səbirsizliklə gözləyən birinin dərdinə çarə ola bilərsiniz. Bəlkə də skeletiniz anatomiya sahəsində parlaq bir tibb tələbəsinə yol göstərəcək. Vəziyyətin digər üzü isə heç də parlaq deyil. Üçüncü dünya ölkələrindəki insanlar orqanlarını bağışlamır, satmaq məcburiyyətində qalır. Yalnız bu deyil - orqan mafiyası tərəfindən bu işə məcbur edilənlər də var. Hətta morqlardan, qəbiristanlıqlardan cəsədlər çıxarılır və satılır. Bəs görəsən, hansı orqan ən bahalıdır? İnsanın hansı hissəsi daha çox dəyərlidir? Qlobal orqan bazarında gəzməyə hazırsınızmı?

*** Qan neçəyədir?

Hindistanda qanın yarım litri 40 dollardır. Amerikada isə 337 dollar. Bir vaxtlar Hindistanda insanları həbs edərək, onların qanlarını sağdıqları və satdıqlarını etiraf edən mafiya üzvləri ələ keçmişdi.

*** Saçın qiyməti.

Amerikada ortalama 308 dollar olan saç alındıqdan sonra Hindistana göndərilir. Burada müəyyən proseslərdən sonra saç qaynağı üçün qərbə satılır. Bu işdən ümumi qazanc 12 milyon dollardır. Gözəllik salonlarının qazancı isə trilyonları aşır.

*** Gözlər.

ABŞ-da nəqli 24 min 500 dollar olan bəbəklər rahatlıqla dünyanın hər bir yerinə göndərilərək, insanların görmə qabiliyyətini təmin edilə bilir.

*** Ürək nəqli.

Olduqca təhlükəli olan bu proses qanuni yolla 997 700 dollara başa gəlir. Ancaq qeyri-qanuni yolla ürək üçün 119 min dollar ödəmək kifayət edər.

*** Qaraciyər.

Qanuni yolla 557 min 100 dollardan alınan qaraciyəri qeyri-leqal yola 157 min dollardan əldə etmək olar. Sevindirici xəbər isə ondan ibarətdir ki, orqanını verən insanın ölməsinə gərək yoxdur. Çünki qaraciyər dayanıqlıdır və özü-özünü yenidən bərpa etmə qabiliyyətinə malikdir. Ancaq pis xəbər ondan ibarət ki, orqanını satan şəxs sonradan inanılmaz ağrılara dözməlidir.

*** Böyrəklər.

Hindistanda 15 min, Çində 62 min, Amerikada isə onların qiyməti 262 min 900 dollardır. Hindistan, Pakistan və İndoneziyada böyrəklərini satan çox yoxsul insanlar var.

*** Daşıyıcı ana olanlar isə bu qədər qazanırlar.

Hindistanlı sonsuzlar çox asanlıqla daşıyıcı ana tapa bilərlər. Bunun müqabilində isə sadəcə 23 min dollar ödəmələri kifayət edər. Qərbdə isə qiymətlər bir az bahadır.

*** Dəri.

Əgər xəstənin dərisi yanmışsa və ya hər hansı bir xəsarətə görə sıradan çıxıbsa, onun ən yaxşı versiyası dəri almaqdır. Dəri qara bazarda hər 1 sm-nə görə 10 dollardan satılır.

*** Qadın yumurtalıqları da satışdadır.

Süni şəkildə mayalanma üçün İspaniya, İsrail, Rumıniya kimi ölkələrə qaçaq yolla qadın yumurtalıqları gətirilir. Yumurtalığın qiyməti isə 12 min dollardan başlayır.

Hansı orqanları tapmaq asan, hansıları tapmaq çətindir? Söhbət hansının çətin və ya asan tapılacağından getmir. Transplantasiya üçün haraya kimi gedə bilmək vacibdir. Məsələn, Çində bütün bədən orqanları mövcuddur, sadəcə barmaqla göstərmək lazımdır. Buradakı sərgilərdə edam olunmuşların orqanlarını asanlıqla tapmaq mümkündür. Orqanların səyahət proqramı kasıbdan zənginə doğrudur.

Arzu edirəm ki, nə alın-nə satın. Sadəcə bu məqaləni oxumaqla kifayətlənin...

Günel Həbib

O.M.