Merilin Monroya yazılmış məktublar 121 min dollara satılıb

Merilin Monroya yazılmış məktublar 121 min dollara satılıb

8 Dekabr 2014 12:03
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az-ın məlumatına görə, dünyaşöhrətli aktrisa Merilin Monronun ərləri tərəfindən yazılmış eşq məktubları 121 min dollara satılıb.

Belə ki, ünlü aktrisanın "İtmiş arxivi"ndən tapılan məktublardan bir qismi ikinci həyat yoldaşı, əfsanəvi beysbolçu Joe Dimaggio tərəfindən yazılıb. Hansı ki, həmin məktublar Beverli Hills-də 78 min dollara satılıb. Digər qismi isə sonuncu həyat yoldaşı yazıçı Artur Miller tərəfindən qələmə alınıb. Yazıçının məktubları isə 43 min dollara satılıb.

Onu da xüsusi olaraq vurğulayaq ki, alıcının kimliyi bəlli deyil.

Qeyd edək ki, M.Monro 1954-cü ildə boşanma haqda ərizə yazdıqdan sonra Dimaggio ona sevgi məktubları göndəribmiş.

Hollivudun əfsanəvi adı olan Merilin Monronun bu şəxsi kolleksiyasında Clark Gable, Cary Grant, Jane Russel kimi məşhurlarla yazışmaları və bir çox şəxsi əşyaları da yer alır.

Günel Həbib