Marsda həyatı təsdiqləyən daha bir əlamət

Marsda həyatı təsdiqləyən daha bir əlamət

3 Dekabr 2014 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Marsdan düşən meteoritin üzərində həyat nişanələrindən olan karbon tapılıb

Türkiyə mətbuatı xəbər verir ki, üç il əvvəl Mərakeşdə bir səhraya düşən meteorit üzərində aparılan araşdırmalar Marsda həyatın ola biləcəyi yönündə nəzəriyyələri yenidən önə çıxarıb.

Lozan Federal Politexnik Məktəbi (LFPM) tərəfindən yaradılan araşdırma qrupu, meteorit üzərindəki çatların üzərində araşdırma apardıqdan sonra qayada bənzərsiz karbon izlərini aşkar edib.

LFPM-in verdiyi açıqlamada karbonun bioloji mənşəli olduğu bildirilib.

Qeyd edək ki, "Tissint" adı verilən meteoritin 18 iyul 2011-ci il tarixində yerə düşdüyü və onun Marsdan gəldiyi iddia edilir.

Mediainfo.az