Gülən it görənləri güldürür

Gülən it görənləri güldürür

22 İyun 2011 15:46
Bəyəndim (0) Bəyənmədim (0)

Fotoşop olduğunu düşünürsünüzsə, bəri başdan yanıldığınızı söyləyək. Cizgi filmindən çıxmış kimi görünən bu it gerçəkdən gülümsəyir. Bir itin xoşbəxt olduğunu göstərən amil onun quyruğunu yelləməsidir. Amma bu dəfə vəziyyət bir az fərqlidir. O, bir insan kimi gülür, hətta obyektlərə baxaraq, dişlərini ağardır. Üzündəki rəsmə baxınca insan bunun doğru olub-olmadığında qərarsız qalır. Çünki o bir itdir və gülümsəməsi qeyri-mümkündür. Cizgi filmi qəhrəmanı Skubi Du gülüşünə malik bu it "Twitter" və "Facebook"da böyük bir ünə sahibdir. Onun haqda şərh yazanların sayı isə gündən-günə daha çox artır.

İt güldü, amma it kimi adamlar gülə bilmirlər...

Günel Həbib

O.M.