Uçurumun kənarındakı təhlükəli qazanc

Uçurumun kənarındakı təhlükəli qazanc

22 İyun 2011 14:15
764
Bəyəndim (0) Bəyənmədim (0)
Çörək aslanın ağzında imiş...

Çinli işçilər dünyanın bəlkə də ən qorxunc işini reallaşdırırlar. Onlar uçurumlara yol döşəyirlər.

Sıldırımın kənarından baxmaq belə hər birimiz üçün qorxulu bir kabusdur. Bir neçə ekstrim həvəskarları istisna olmaqla uçurumlara dırmaşanlar demək olar ki, yoxdur. Ancaq dargözlü fəhlələr uçuruma dırmaşmaqla yanaşı yol belə çəkirlər. Sadəcə, 1 metr genişliyindəki yolu inşa edənlərin təhlükəsizlik sığortaları belə minimum dərəcədədir. Onlar əksər vaxtlarda özlərini sabit bir nöqtəyə bağlamadan çörək pullarını bu şəkildə qazanırlar. Estetik mənzərə məqsədi ilə inşa edilən bu yolun uzunluğu 3 km olacaq.

Dar gözlülərin tikdiyi yola gözlərimizi geniş açıb baxmalı olacağıq...

Günel Həbib

O.M.