Sunaminin simvolu tapıldı

Sunaminin simvolu tapıldı

7 Aprel 2011 16:42
Bəyəndim (0) Bəyənmədim (0)
O, itləri üçün ağlayırmış

Yaponiyada meydana gələn sunami fəlakətindən sonra bir simvol halına gələn fotoşəkildəki qadının sirri ortaya çıxdı. " Daily Mail" qəzeti qırmızı ayaqqabıları yanında yerə oturmuş və fəlakətdə itirdiklərinə görə ağlayan gənc qadının izini tapıb. Qəzet bütün dünya mətbuatının birinci səhifəsinə çıxan fotoşəklin qəhrəmanı ilə danışıb. Xatırladaq ki, müxbir fəlakətin simvolu olan qadını sunami bölgəsindəki sığınacaqlardan elanlar sayəsində tapıb.

Faciənin simvolu 28 yaşlı Salman İto Yaponiyanın şimalında yerləşən Natori şəhərində yaşayır və bir gecə klubunda ofisiantlıq edir. Sunamidən əvvəl o, 13 iti ilə birlikdə sevgilisi və onun ailəsi ilə eyni evdə yaşayırmış. Və İto çəkilən fotoşəkildə itən itlərinə görə ağladığını söyləyir.

İto fəlakət gününü, "11 mart tarixində evimin üst qatında itlərimlə birlikdə televiziya izləyirdim. Birdən zəlzələ hiss etdim. Sonra elektrik və suyun kəsilməsi xaricində bir problem yaşanmadı. Televiziya da bağlandığı üçün meydana gələcək sunamidən xəbərimiz olmadı. Bir neçə il əvvəl baş verən zəlzələ sonrasında yalnız 10 santimetrlik bir dalğa yaşandığı üçün belə böyük bir sunami ehtimalı ağılımıza gəlmədi. Sevgilim işdə idi. Biz onun anası ilə batareya və su almaq üçün marketə gedərkən insanlar sunami gəldiyini və qaçmağımızı söylədilər. Dərhal yüksək bir yerə çıxdıq, ancaq itlərim evdə qalmışdı", - cümlələri ilə izah etdi. Gənc qadın sunamidən sonra evinə qayıtdığını və belə səhnələrə şahid olduğunu söylədi. O ki qaldı itlərə, İto onlardan yalnız ikisini elan vasitəsi ilə tapa bilib: "Onlar mənim uşaqlarım idilər. İtlərimin yoxluğuna dözə bilmirəm. Yaxşı ki, ikisini tapa bildim", - dedi.

O.M.