Ən böyük zümrüd sərgilənməyə başlayıb

Ən böyük zümrüd sərgilənməyə başlayıb

20 İyun 2011 14:08
646
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın ən böyük işlənməmiş zümrüd daşı Kolumbiyanın paytaxtı Boqotada sərgilənməyə başlayıb. Tam 2.27 kq-lıq, 11 min karatlıq zümrüd ölkənin Muzo bölgəsindən 12 il öncə çıxarılmışdı. Bu zümrüdün sahibi "Coexminas" firmasının sözcüsü Santiaqa Soto, "Bu daşın qiyməti yoxdur", - deyə bildirib. 5 qoruması olan daşı tək səfərdə 15 nəfər görə bilir. Dünyadakı zümrüdlərin 55 faizi Kolumbiyada çıxarılır. Və ölkə hər il bu bazardan 200 milyon dollar gəlir əldə edir.


Təbiət möcüzələr yaradır. Möcüzələrdən faydalanmaq istəyənlərin isə əlləri ciblərində gərək.

Günel Həbib