Ən yaşlı balet ustası 91 yaşına qədəm qoydu

Ən yaşlı balet ustası 91 yaşına qədəm qoydu

20 İyun 2011 11:37
820
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın ən yaşlı balet ustası olan ingilis Con Lov dünən 91-ci doğum gününü qeyd etməsinə rəğmən hər gün balet oynayır. O, "Uşaqlar 360 dərəcə dönməyimi yasaqladılar. Qol-qanadımı qıracağımdan qorxurlar. Bəlkə də haqlıdılar. Ancaq mən ölənə qədər balet oynamağa davam edəcəyəm", - deyib. 4 uşağı və 11 nəvəsi olan Lov gəncliyində teatr rejissoru olaraq işlədiyini, ancaq baletin onda yaratdığı həyəcanı heç nəyə dəyişmədiyini söyləyir. Lovun 25 illik balet müəllimi Helen Pettit isə, "O hələ də ayaqlarını çox yaxşı açır", - deyib.


O, nə qədər qoca olsa da, dəyər min cavana.

Günel Həbib