Axtarılan milyonçu küçədə səfil olaraq tapıldı

Axtarılan milyonçu küçədə səfil olaraq tapıldı

20 İyun 2011 11:24
954
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikada Maks Melitzerə böyük qardaşından miras qaldığını söyləmək üçün ailə fərdləri xüsusi dedektiv tutdular. Bir neçə milyon dollarlıq sərvətdən ona da pay düşəcəyini söyləmək üçün dedektiv Maksı Salt-Lake- Sitidə səfil olaraq tapdı. Dedektiv Devid Ludberq onu bütün əşyalarını bir arabaya yığaraq, qeyri-müəyyən istiqamətə doğru gedərkən görüb. Ona birbaşa, "Milyonçu olmusan" - deməyib, sadəcə qardaşının milyonlarla sərvəti qaldığını açıqlayıb. Xəbərə görə, "evsiz milyonçu" illər öncə ailəsi ilə əlaqələrini kəsib və nadir hallarda onlarla məktublaşıb. O, artıq varlı biri olduğunu öyrəndikdə bütün bunların zarafat olduğunu sanıb.


Biri mənimlə də belə zarafat etsin, xahiş edirəm...


Günel Həbib