Onlar 22 ildir yemək yemirlər

Onlar 22 ildir yemək yemirlər

17 İyun 2011 12:19
Bəyəndim (0) Bəyənmədim (0)


İngiltərədə yaşayan Mariya və Keti Kampelin həyatı atalarının bir sözündən sonra kabusa çevrildi. Belə ki, 11 yaşında olan əkizlər bir gün atası ilə anasının dava-dalaşına şahid oldular. O zaman ataları, "Bir qızlarımıza bax! Bu yaşda əsl qadına oxşayırlar", - dedi. Həmin gündən sonra arıqlamaq qərarına gələn əkizlər 22 ildən sonra peşman oldular. Amma artıq gecdir...

11 yaşından etibarən pəhriz saxlayan Mariya və Keti bu gün anoreksiya (iştahasızlıq) xəstəliyinə tutulublar. Hazırda həkim və yazar olan bacılar nə qədər yeyirlərsə, kökələ bilmirlər. Onları gecə-gündüz düşündürən isə anoreksiyanın hər ikisinin həyatı ilə qumar oynamasıdır. Onu da xatırladaq ki, qəhrəmanlarımız neçə aylıq müalicələri sonunda cəmi 250 qr kalori alıblar.

İngiltərədə 15-30 yaş arası hər 100 qadından birində anoreksiya xəstəliyi mövcuddur. Onun səbəbi isə hələ ki naməlumdur.

Haqqında düşündükcə həyat bezdirici, onu yaşayınca gözəldir...

Günel Həbib

O.M.