"F 1"in müdiri qızına ən bahalı evi aldı

"F 1"in müdiri qızına ən bahalı evi aldı

16 İyun 2011 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikanın ən bahalı evi "Formula 1"in müdirinin 22 yaşlı qızının oldu. 80 yaşlı Berniye Ekleston dizayner qızı üçün Los-Ancelesdə 100 otaqdan ibarət "Malikanə" (The Mansion) adlı ev alıb. 5200 kv metrlik bir ərazidə inşa edilən evdə 14 yataq otağı, gözəllik salonu, spa, sauna, idman zalları, boulinq, kinoteatr, qolf sahəsi, 100 maşının yerləşə biləcəyi dayanacaq və daha nələr, nələr var... 150 milyon dollarlıq dəyəri ilə Amerikanın ən bahalı evi olan "Malikanə"dəki bir otağın adı "Prince Charles Suite"dir. Çünki bir zamanlar şahzadə Çarlz bu otağın qonağına çevrilib. Onu da qeyd edək ki, Ekleston daha öncə də qızına İngiltərədə 90 milyon dollarlıq ev hədiyyə etmişdi. Petra bir vaxtlar dünyanın ən ərköyün qızı sayılırdı. O, yeni evinə avqust ayında evlənəcəyi Ceyms Stantla birlikdə köçəcək. Berniye Eklestonun təxminən 4 milyard dollar sərvəti vardır.

Qanadın yoxdursa, yüksəklərə uçmaq təşəbbüsündə olma.

Günel Həbib

O.M.