Ailəsi onu bu hala gətirdi

Ailəsi onu bu hala gətirdi

7 Aprel 2011 13:25
1 013
Bəyəndim (0) Bəyənmədim (0)
Vəkil "insanlıqdan" çıxıb

Vəkil işləyən Mariya Hos Kristerna son dərəcə dindar bir ailədəndir. 17 yaşında evlənən 4 uşaq anası 35 yaşlı Mariya illərcə ailə içi zorakılığa məruz qaldıqdan sonra həyatını tamamilə dəyişdirmək qərarına gəldi. O, vəkillik sənətini ataraq, tatuaj professionalına çevrildi.

Vücudunun haradasa 100 faizinə döymə vurduran Mariyanın hətta başına, dəri altına yeridilmiş titandan 'buynuzları' belə var. Bundan başqa, diş implantı sayəsində onun 'vampir' kimi görünməsini təmin edən uzun dişləri də vardır. Mariya, "Buynuzları qüvvənin simvolu olaraq görürəm. O qədər məqsədyönlü idim ki, narkozsuz əməliyyat masasına uzanmışdım. Dişləri isə kiçik yaşlarımda vampirləri sevdiyim üçün düzəltdirdim. Göz rəngimi də həqiqətən olmasını istədiyim rəngə görə dəyişdirdim", - deyir.

Kaliforniyadakı döymə sərgisində bədənindəki "əsərini" gözlər önünə sərən Mariyanın bu işi hələ yarımçıq qalıb. Çünki o, başının arxa tərəfinə də titandan buynuz taxdırmaq niyyətindədir.

O, Meksikadakı evində 4 uşağı ilə normal bir həyat yaşadığını bildirir.

Günel Həbib

O.M.