77 yaşında ata oldu

77 yaşında ata oldu

13 İyun 2011 17:11
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərədə yaşayan Denis Ealam 77 yaşında ata oldu.

O, yetmiş yeddi, arvadı isə 36 yaşındadır. İngilis Denis yenicə doğulmuş uşağını qucağına götürüb. Balacaya Violet adını verən cütlük çox xoşbəxtdir. Hətta Denisin bu xoşbəxtliyinə "ən yaşlı ata" ünvanı da əlavə olunub. 3 uşağı olan atanın ilk evliliyindən də beş uşağı var. O, eyni zamanda baba və böyük babadır. 16 nəvəsi və 3 nəticəsi belə var.

Baba ata oldu, ata baba oldu, yaxşı ki, analar və nənələr müxtəlif idi...

Günel Həbib

O.M.