Qəribə hədiyyə

Qəribə hədiyyə

10 İyun 2011 16:56
762
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərədə yaşayan 50 yaşlı cərrahi əməliyyat "dəlisi" Sara Burge 7 yaşına qədəm qoyan qızına qəribə doğum günü hədiyyəsi edib. Bu hədiyyə isə sinə böyütmə əməliyyatının 10 min dollarlıq çekindən ibarət idi. Ana qızının cərrahi əməliyyat üçün hələ kiçik olduğunu söyləyərək, bunları əlavə edib: "16 yaşına çatanda bu çekdən istifadə edə bilər. Əgər sinəsini böyütmək istəməsə, o zaman başqa bir əməliyyata da girə bilər". Vücuduna təxminən 800 min dollarlıq cərrahi əməliyyat etdirən və "Barbi" oyuncaqlarından fərqlənməyən qəhrəmanımız gələcəkdəki əməliyyatlarını qızının da izləməsini istədiyini dilə gətirib: "Qoy qızım həyatda nələrin ola biləcəyini görsün. Bəziləri məni tənqid edir, amma məncə, burda qəbahətli heç nə yoxdur".

Ananın gəzdiyi ağacı, qızı budaq-budaq gəzər...

Günel Həbib

O.M.