"Apple"nin işçiləri kosmosa gedir

"Apple"nin işçiləri kosmosa gedir

10 İyun 2011 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

Texnologiya dünyasında bir çox yeniliklərə imza atan "Apple"nin (Alma) müdiri Stiv Cobs işçilərini bundan sonra kosmos gəmisinə bənzəyən binada işlədəcək. Stiv 12 min işçisi ilə birlikdə Kupertinoda inşa edəcəkləri kosmos gəmisinə bənzəyən binada işləyəcəklərini bildirib. O, bina haqda, "Bizim binaların dünyada tayı-bərabəri olmayacaq. Bu, sanki yerə enmiş bir kosmos gəmisidir", - deyib və fotolarını jurnalistlərə təqdim edib. Binanın inşa ediləcəyi ərazinin təxminən 600 min kv metr olduğu öyrənilib. Binanın içində böyük həcmli şüşələrdən istifadə ediləcək. Bu şüşələrin hazırlanmasına artıq start verilib.

"Apple"dən alma şəkilli bina xəbəri gəlsə, təəccüblənməyin. Amma gözəl fikir oldu, elə deyil?

Günel Həbib

O.M.