Uşaq gözəllik salonu açıldı

Uşaq gözəllik salonu açıldı

10 İyun 2011 13:14
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin Esseks şəhərində yalnız 13 yaşdan kiçik qız uşaqlarına xidmət göstərən salon açılıb. "Trendy Monkeys" (Dəbli meymunlar) adlı salonda balacalar saçlarını kəsdirir, makiyaj, manikür, pedikür və vücudlarını təmizlətdirirlər. Məkandan kiçik bir qadın kimi çıxan qızların yeni bir seks obyektinə çevrildiyini söyləyənlər artıq bunu müzakirə obyektinə çevirməyi bacarıblar. Salonun 28 yaşlı sahibi isə, "Gözəllik salonumuz sayəsində balaca qızların özlərinə, gözəlliklərinə olan etibarı daha da artıb", - deyərək, bir növ özünü müdafiə edib.

Bu uşaqların böyüyüb kim olacağını fikirləşəndə...

Günel Həbib

O.M.