Qızıl qızlar!

Qızıl qızlar!

9 İyun 2011 14:22
1 008
Bəyəndim (0) Bəyənmədim (0)

İngilis Canet 18 oktyabr 1983-cü ildə dünyaya 6 əkiz uşaq gətirib. Onları soldan sağa sayan Canet və əri Qraham gözlərinə inanmayıb. Çünki uşaqların hamısı qız idi. Balacaları Hanna, Ruth, Lusi, Keyt, Cenni ve Sara adlandıran cütlüyün əziyyəti az olmayıb. Valideynlər tarixdə ilk dəfə 6 əkiz qız uşağı olanlar kimi yaddaşlarda qaldılar. Bu ünvanı hələ də qoruyan Valtonların Keyt və Sara adlı qızları əsmər, digərləri isə sarışındır. Hazırda qızlardan dördü valideynləri ilə birlikdə Vallasey qəsəbəsində yaşayır. Digər ikisi isə İspaniyada. 58 yaşındakı 6 qız anası Canet, "Mətbəxdə böyük bir masamız var. Böyük qərarlarımızı orada alırıq. Doğum günü və ya digər tədbirləri də orada qeyd edirik" , - deyə gündəlik həyatlarından bəhs edib. Qızlarının fərqli xarakterdə olduğunu da vurğulayan xanım Valton, "Cenni lider, Lusi utancaq, Sara səssiz, Ruts hökm etməyi sevən, Keyt bilikli, Hanna isə təşkilatçıdır", - deyib.

Qız yükü, duz yükü.

Günel Həbib

O.M.