"Facebook" dostlarını qoluna döydürdü

"Facebook" dostlarını qoluna döydürdü

9 İyun 2011 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

Bu günlərdə "YouTube"ni bir video bəzəyib. Hansı ki, bu videoda bir qadın tatuirovka salonunda keçirdiyi günlərini lentə almış, sonra onu sayta yükləmişdi. Videonun qəribəliyi isə bundan ibarətdir ki, hollandiyalı xanım "Facebook"dakı 152 dostunun şəkillərini qoluna döydürüb. Və sonra da bu rəsm tablosunu "Mənim özəl fotom" adlandırıb.

Dostları çoxaldıqca yəqin ki, qolunda yer qalmadığı üçün başqa yer axtaracaq.

Günel Həbib

O.M.