Bir ildə möcüzə gerçəkləşdirdi

Bir ildə möcüzə gerçəkləşdirdi

9 İyun 2011 12:38
815
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikada yaşayan Aleks Respess bir il bundan öncəyə qədər 208 kq ağırlıqda idi. Ölən anasının vəsiyyətini yerinə yetirərək, arıqlamaq qərarı alan qəhrəmanımız çətinliklə olsa da, 12 aydan sonra normal yaşama dönməyi bacarıb. Ölkədə yayımlanan "Extreme Makeover: Weight Loss Edition" adlı arıqlama şousuna qatılan Aleks bununla da həyatını dəyişmiş olub. Verilişin mütəxəssisi Chris Povel sayəsində idmandan və dietadan vaz keçməyən 23 yaşlı oğlan nəhayətdə 98 kq arıqlamağı bacarıb. O, bu nəticəsi ilə ailəsini və yaxınlarını sevindirmiş olub. Onların alqışları altında Aleks anasının "oğlunun sağlıqlı və xoşbəxt yaşaması" istəyini reallaşdırdığı üçün özü ilə qürur duyduğunu dilə gətirib.

Vəsiyyətdən nəsihət götürdü.

Günel Həbib

O.M.