Terror hücumlarına dayanıqlı tualetlər

Terror hücumlarına dayanıqlı tualetlər

8 İyun 2011 17:05
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın paytaxtı Moskvada terror hücumlarına dayanıqlı ümumi tualetlər qoyulacaq. Bombaya dayanıqlı tualetlərin istifadə edilməsinə son illərdə paytaxtda təşkil edilən hücumların ardından qərar verilib. Yeni tualetlərin çöl tərəfi çox güclü lif betondan ediləcək, daxili təchizat isə polad və qüvvətləndirilmiş plastik qarışıqdan olacaq. Tualet layihəsində səlahiyyətli Anatoli Ashikmin, "Bu tualetlər avtomatik çalışır və terror hücumlarına dayanıqlıdır" deyib.

İlin sonunacan istifadəyə verilməsi gözlənilən tualetlərin içində ən çox 30 dəqiqə qalmağa icazə veriləcək. 30 dəqiqə sonunda qapı avtomatik açılacaq, həyəcan siqnalı başlayacaq. Qışda dondurucu soyuqlarda bu tualetlərdəki istilik 16 dərəcədən az olmayacaq.

İşiniz yüngül olsun.

Tofiq Əliyev

O.M.