"Vak-vak" babanın 77 yaşı olur

"Vak-vak" babanın 77 yaşı olur

8 İyun 2011 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

"Walt Disney"in əsəbi ördək xarakteri Donald Dak 9 iyunda 77 yaşını qeyd edəcək. Karl Barks tərəfindən 1934-cü ildə 9 iyun tarixində yaradılan mavi matros paltarlı ördək illərdir uğursuzluq hekayələri ilə milyonları qəhqəhəyə boğdu. O məntiqsiz, gülünc hərəkətləri ilə izləyicilərin simpatiyasını qazandı.

Əslində, Barks Donald Dakı 1901-ci ildə yaratmışdı. Lakin Dakın ilk cizgi filmi olan "The Wise Little Hen'' 1934-cü ildə seyircilərlə görüşdü. Və izləyicilər bu tənbəl ördəyi çox sevdi və o da 1937-ci ildə solo karyerasına başladı. Şirin ördəyin "Walt Disney"lə tanışması ''Donald Duck ve Bərbər stulu'' adlı macəra ilə başladı.

Həyatda da çirkin ördəyə oxşayan adamlar var...

Günel Həbib

O.M.