Nəhəng adama nəhəng implant

Nəhəng adama nəhəng implant

7 İyun 2011 13:30
Bəyəndim (0) Bəyənmədim (0)
Ağlı topuğunda olan uzun adam

Dünyanın ən uzun adamı olaraq Ginnesin Rekordlar Kitabına adını yazdıran 28 yaşlı Sultan Kösen ötən həftə yağışlı havada sürüşmüş, sağ ayağında qırıq əmələ gəlmişdi. Müalicəsi üçün yerli klinikaların birinə aparılan nəhəng adamın ayağının yenidən işlək vəziyyətə gəlməsi üçün lazımi implant tapılmayıb. Məhz ona görə də onun üçün xüsusi implant sifariş edilib. Kösen, "Eyni ayağımda daha öncə də problem yaranmışdı. Boyumun uzun olması mənə bu cür dezavantajlar yaradır. Uzun boylu olduğun üçün iş tapa bilmirəm. Qardaşımın əlinə baxıram. Əvvəlcə mənə iş barədə söz verdilər, amma indi kimsə yaxına gəlmir. Üç ildir Türkiyəni dünyanın ən uzun boylu insanı kimi tanıdıram. Paltarlarım, ayaqqabılarım özəl olaraq tikilir. Bunların xərcləri də yüksəkdir. Xaricdən mənimlə evlənən qadın çox oldu. Lakin mən istəmədim. Öz dilimdən, dinimdən birini axtarıram", - deyə jurnalistə müsahibəsində bildirib. Qeyd edək ki, xüsusi olaraq sifariş edilən implant həkimlərin əlinə gələr-gəlməz türk əməliyyat olunacaq.

Uzunun ağılı topuğunda olur. Əgər ayağı sınıbsa, deməli ağılı daha da kəmləşəcək.

Günel Həbib

O.M.