Uşaqlara ən çox hansı adlar qoyulub son beş ildə?

Uşaqlara ən çox hansı adlar qoyulub son beş ildə?

4 İyun 2014 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Ədliyyə Nazirliyindən verilən məlumata görə, son 5 ildə doğulan oğlan uşaqlarına ən az Ülvi adı verilib. Bu ad son 5 ildə 1235 nəfərə qoyulub. Oğlan adları arasında populyarlıq qazanmayan digər adlar Süleyman (1247), Elvin (1315), Raul (1350) və Fuaddır (1365).

Ötən 5 il ərzində yeni dünyaya gələn qızlara ən az Ayla adı qoyulub. Son 5 ildə 1297 nəfərə Ayla adı verilib. Qız adları arasında populyarlıq qazanmayan digər adlar isə Səbinə (1298), Aynur (1300), Gülər (1336), Əsma (1376) və Nazlıdır (1383).

Müqayisə üçün qeyd edək ki, Azərbaycanda son 5 il ərzində yeni doğulan uşaqlara daha çox Yusif, Əli, Hüseyn, Məhəmməd, Murad, Zəhra, Nuray, Fatimə, Zeynəb, Ayan və Aylin adları qoyulub.

Mediainfo.az