Hər gün onun həyatını xilas edir

Hər gün onun həyatını xilas edir

6 İyun 2011 19:13
Bəyəndim (0) Bəyənmədim (0)

Adı Teodur. Özəl təhsilli bu it hər gün 19 yaşlı Çadvel Heasın həyatını xilas edir. Çünki sahibəsi hər gün bilmədən və ən pis yerlərdə, şəraitdə belə yuxuya dalır. Alış-verişdə, nərdivanlarda, avtobusda yatan Heas həyatını təkbaşına çölə çıxmaqdan qorxaraq keçirir. Bir gün qəhrəmanımızın anası tv-də qızı kimi birini görür. Və onun da yanında ağıllı iti olur. Daha sonra valideynlər Çadvel Heasa da it axtarmağa başladı. Sonda da Teonu tapdı. Gündəlik olaraq bir ovuc dərman qəbul edən qızcığaz səhərləri zəngli saatı çalmadığında belə iti tərəfindən yalanaraq oyadılır. Bundan başqa, əgər qız küçədə özünən gedirsə, Teo ətrafdakıların marağını ona tərəfə çəkməyə çalışır. Ağıllı it onu hətta vanna otağında belə təqib edir. İti sayəsində özünə etibarı artan Çadvel onunla çox xoşbəxt olduğunu dilə gətirib.

Bu məlumatda deyəsən, itlə qızın yeri dəyişik düşdü.

Günel Həbib