Ağlayan, gülən, hirslənən uşaqlar

Ağlayan, gülən, hirslənən uşaqlar

6 İyun 2011 15:15
1 951
Bəyəndim (0) Bəyənmədim (0)
Seçim sizin ixtiyarınıza verilir

Kolorado ştatının Denver şəhərində yaşayan Landon Meierin istehsal etdiyi uşaq maskalarına maraq getdikcə artır. Bir az ürkütücü, ancaq çox diqqət çəkici olan bu maskalar 10 il öncə istehsal edilməyə başlanıb. İndi üç fərqli modeldə satışa çıxır: ağlayan uşaq, gülən uşaq və hirsli uşaq. Ədədi 170 avroya satılan maskalar yüksək keyfiyyətli xammaldan hazırlanır. Meier maskaların mükəmməl görünməsi üçün çox işlədiyini söyləyərək, çox araşdırdıqdan sonra jurnalların birindən tapdığı uşaq şəkli ilə yola çıxdığını da vurğulamağı unutmayıb. Matçlarda və ya partilərdə diqqətləri üzərinə çəkəcəyi şübhəsiz olan maskalar Hyperflesh.com adlı səhifədə dünyanın dörd bir yanındakı müştərilərə satıla bilir.

Böyüklərin maskasını cırmaq çətin idi. İndən belə uşaqlar da maska taxsalar, vay bizim halımıza...

Günel Həbib

O.M.