Doğulmamış uşaq "Facebook"  istifadəçisi oldu

Doğulmamış uşaq "Facebook" istifadəçisi oldu

6 İyun 2011 13:57
Bəyəndim (0) Bəyənmədim (0)

Texasda hələ doğulmamış uşaqları üçün "Facebook"da profil açan gələcək valideynlər məyus olublar. Eli və Mat Qrin cütlüyü hələ dünyaya gəlməmiş qızları üçün səhifə açmışdı. Lakin saytın rəhbərliyi bu profili bağlamağı uyğun bilib. Balaca Mariyanın ultrasəs şəklinin bəzədiyi profil bildiriş edilmədən bağlanıb. Halbuki, hələ gün üzünə çıxmamış balacanın artıq 350 dostu belə var idi. Bu duruma kədərlənən cütlük səhifənin yenidən aktivləşməsini arzulayırlar.

Uşaq real dünyaya gəlməmiş, virtual aləmə düşdü.

Günel Həbib

O.M.