"Playboy" malikanəsi kimi həbsxana

"Playboy" malikanəsi kimi həbsxana

6 İyun 2011 12:00
Bəyəndim (0) Bəyənmədim (0)
Bu cür həbsxanaya can qurban


Venesuelanın Marqarita adasındakı "San-Antonio" həbsxanasındakı məhkumlar sözün məcazi mənasında öz krallıqlarını elan ediblər. Narkotik qaçaqçılığı və adam öldürmə günahından dəmir barmaqlıqlar arxasında yaşayan 130 qadın, ümumilikdə 2 min məhkumu olan həbsxananın içində "Playboy" malikanəsi tərzli bir parti havası əsməkdədir. Dörd tərəfi "Playboy" rəsmləri ilə bəzədilmiş türmənin hovuzunun ətrafında bikinili qadınlar gəzməkdə olsun, biz sizə kişilərdən bəhs edək. Yarı çılpaq qadınları seyr etməkdən doymayan məhkum kişilər hovuz ətrafında manqalda kabab bişirir, viskilərindən içirlər. Yüksək musiqi sədaları altında türmə sakinləri rəqs edir, marixuana dumanları havaya qarışır. Partilərdə xüsusilə dəvət edilmiş repçilər də konsert verir. Qanunla günahlandırılan insanların həyat yoldaşları və uşaqları da sərbəst şəkildə onları görməyə gələ bilir. İçəridə hər cür silahlar var. Narkotik sifarişi "Blackberry" və noutbuklarla aparılır. Bütün bunları öz pulları ilə reallaşdırdıqlarını vurğulayan məhkumlar bu türmənin bir nümunə model olduğunu dilə gətirməkdən çəkinmirlər.

Əslində, biz onları dəmir barmaqlıqlar arxasında gördüyümüz kimi onlar da bizi eyni qaydada görürlər. Bu dəfə nədənsə mənə elə gəlir ki, biz türmədəyik...

Günel Həbib

O.M.