Atın yerini inək tutdu

Atın yerini inək tutdu

6 Aprel 2011 19:30
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya-Avstriya sərhədi yaxınlığındakı bir fermada yaşayan Recina Mayer adlı gənc qız bir at almaq üçün ailəsinə illərcə dil tökürdü. Ancaq ana və atasını razı sala bilmirdi. Odur ki, xəyalını həyətlərindəki inəklə reallaşdırmaq qərarına gəldi.

Beləliklə, o, iki il əvvəl dünyaya gələn "Luna" adlı dananı at kimi böyütməyə başladı. Danaya "dayan!", "get", "dörd ayaq üstə dur" kimi əmrləri öyrətdi. "Luna" yaxşıca böyüdükdən sonra da kürəyinə minərək, məşqlərə başladı. İndi inək özünü bir at hesab edir. 1 metrlik maneənin üzərindən rahatlıqla tullanır. "Luna"nın bir az inadkar olduğunu ifadə edən sahibi Recina, "Bəzən əcaib inadkar olur. Ancaq yenə də onu sevirəm. Tək problemi uzun məsafələrə qaça bilməməyidir", - dedi.

O.M.