"Forbes" jurnalı gənc milyonçuların adlarını açıqladı

"Forbes" jurnalı gənc milyonçuların adlarını açıqladı

4 İyun 2011 13:39
3 706
Bəyəndim (0) Bəyənmədim (0)

"Forbes" jurnalı dünyanın ən varlı 8 yeniyetməsinin adlarını açıqlayıb:

Kira Plastinina, 19 yaş. "KP stil" şirkətinin baş direktoru Sergey Plastinin bir neçə il bundan əvvəl "Kira Plastinina" ticarət brendinin yaradıcısı kimi çıxış edib. Hazırda brendin mağazaları təkcə Rusiya, Qazaxıstan, Belarus, ABŞ, Çin, İtaliya və Böyük Britaniyada fəaliyyət göstərir. Malların əsas alıcıları 15-25 yaş arası qızlardır.
Aleks Perri, 19 yaş. Gənc Aleks 2009-cu ildə milli Britaniya lotereyasında 6,5 milyon funt sterlinq udub. O, maşın almaq məqsədilə pul toplamaq üçün çalışdığı iki iş yerindən çıxıb. Mark İndelikato, 15 yaş. Mark "Çirkin Betti" serialının çəkilişlərindən bir mövsümdə 460 min dollar qazanıb. Buna baxmayaraq, həftə ərzində cəmi 50 dollar xərcləyir. Bunlar da əsasən video oyunlar, fastfud və sızanaqlardan qurtulma vasitələri üçün sərf edilir. Bu səbəbdən İndelikato serial başa çatdıqdan sonra da ən varlı uşaqlardan biri olaraq qalır. Castin Biber, 17 yaş. Onu əbəs yerə "Kanada möcüzəsi" adlandırmırlar. Bu yeniyetmənin ABŞ-da çıxan ilk albomu ən çox dinlənilən, o cümlədən "Baby" sinqalına çəkilmiş klipi hələ də ən çox izlənilən və müzakirə edilən klip hesab olunur. "Forbes" jurnalının yazdığına görə, Biber dünyada ən məşhur insanlar siyahısında 24-cü yerdədir və onun sərvəti 54 milyon dollardır. Ebiqeyl Breslin, 15 yaş. Breslin 6 yaşında Mel Gibson kimi məşhur aktyorla "Əlamətlər" filminə çəkilib. 10 yaşında o, ilk milyonunu və "Balaca mis xoşbəxtlik" dramındakı roluna görə, "Oskar" mükafatını qazanıb. Hazırda Breslinin orta illik qonorarı 3 milyon dollardır və onun sərvəti 12 milyon dollar təşkil edir. Anqus T. Cons, 17 yaş. Anqusun valideynləri onun 4 yaşından etibarən Amerika teleolimpinə doğru hücum etmişlər. Hazırda onların cəhdləri oğullarının "2,5 adam" serialından mövsüm üçün qazandığı 1,2 milyon dollar qonorarı ilə kifayət qədər ödənilmişdir. Serial ABŞ-da çox məşhurdur və artıq 9 ildir ki, efirdədir. Mayli Sayrus, 18 yaş. Hələ yetkinlik yaşına çatmamışdan Mayli atası, musiqiçi və ifaçı Billi Rey Sayrusa nisbətən daha çox qazanırdı. "Hanna Montana" serialındakı rolu onu dünyadakı bütün yeniyetmələrin kumiri edib. 2008-ci ildə onun sərvəti 2,5 milyon dollar miqdarında hesablanıb. Dakota Fanninq, 17 yaş. Fanninqin hesabına təxminən kino və televiziyada çəkilmiş 40-a yaxın rol yazılıb. O, artıq 13 yaşında Tom Kruz, Şon Pen, Culya Roberts kimi məşhurlarla birlikdə filmlərdə rol almışdı. Gələn il bu gənc aktrisanın iştirakı ilə 4 film ekran üzü görəcək.

Biz isə həmişəki kimi "pul əl çirkidir" məsəli ilə təsəlli tapırıq...

Günel Şahməmmədova

O.M.