"Google" indi yandı

"Google" indi yandı

3 İyun 2011 17:37
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin məşhur axtarış sistemi olan "Baidu" əcnəbilərin qonağı olmaq üçün indidən planlar hazırlayır. Məsul Şen Haoyunun verdiyi açıqlamaya görə, "Baidu" çox dilli platforma üzərində işləyir: "Hədəflərimiz böyükdür. Gələcək 15 il içərisində bütün dünyada məşhurlaşmaq və gəlir əldə etmək istəyirik". "Baidu" hazırda Çin bazarının 75.8 faizini ələ alıb. "Google" isə 19.2 faizlə geridə qalıb. Onu da xatırladaq ki, "Baidu"dan Yaponiyada istifadə etmək elə də çətin deyil. Ancaq nədənsə bu ölkədə "Google" və "Yahoo" liderlik edirlər.

Çin malı yəqin ki, həmişəki kimi ucuz və keyfiyyətsiz olacaq.

Günel Həbib

O.M.