2004-də 1 nəfər ikən, 2011-də 700 milyon oldu

2004-də 1 nəfər ikən, 2011-də 700 milyon oldu

2 İyun 2011 18:57
Bəyəndim (0) Bəyənmədim (0)
Əgər "Facebook" bir ölkə olsaydı, dünyanın üçüncüsü olardı

"Facebook"un statistika bloku "SocialBakers"a görə, internetin nəhəng sosial paylaşım səhifəsinin istifadəçilərinin sayı 700 milyona çatdı. Əgər bu sayt bir ölkə olsaydı, dünyanın ən sıx əhalisi olan üçüncü ölkəsi olacaqdı. Saytın istifadəçilərinin artmasında Braziliya, İndoneziya, Misir, Filippin, Meksika kimi ölkələrin rolu böyükdür. Üstəlik, istifadəçi sayı bir tərəfə - "Pixable"a görə, bu sayt 2011-də dünyanın ən çox fotosu olan bir ambara çevriləcək. Hətta araşdırmalar göstərib ki, "Facebook"a ayda 6 milyard ədəd foto yüklənir. Burada qadın istifadəçiləri profil şəkillərini 2 həftədə bir dəyişdirirlər, kişilərin isə yadına şəkilləri yalnız 3 həftədən bir düşür.


Günel Həbib