"İlk addımlarım"

"İlk addımlarım"

1 İyun 2011 13:39
Bəyəndim (0) Bəyənmədim (0)


Sülh Mədəniyyəti Naminə Gənclər İctimai Birliyi (SMNG) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "İlk Addımlarım" layihəsini həyata keçirib. Layihənin məqsədi ilk dəfə olaraq internat məktəbində yaşayan və fiziki imkanları məhdud olan istedadlı uşaqlara heykəltəraşlıq bacarıqlarının öyrədilməsi və artırılması yolu ilə onların cəmiyyətə tam inteqrasiyasına nail olmaqdır.

Kar, lal uşaqlar üçün 1 №li xüsusi internat məktəbində 1 ay müddətində həftədə 4 dəfə olmaqla xüsusi qabiliyyəti olan istedadlı uşaqlar üçün təlimlər keçirilmişdir. Təlimə 18 nəfər istedadlı şagird cəlb olunmuşdur. 31 may 2011-ci il tarixində saat 11:00-da hazırlanmış əl işləri qonaqlara nümayiş etdirilmişdir. Tədbirin açılışında Sülh Mədəniyyəti Naminə Gənclər İctimai Birliyinin sədri Ləman Cavadzadə, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Tural Hüseynli və məktəbin direktoru Tanrıverdi Əliyev, KİV, QHT nümayəndələri və digərləri iştirak etmişlər.

L. Cavadzadə tədbirdə layihə haqqında geniş məlumat vermiş, 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü ilə bağlı uşaqları təbrik etmişdir. Tədbirin sonunda təlim iştirakçılarına diplomlar, hədiyyələr və İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə xanım Cavadova tərəfindən məktəbin informatika otağında şagirdlərin istifadəsi üçün avadanlıq təqdim edilmişdir.

"İlk addımlarım" layihəsi ilk addımlarını atdı.

Könül Aypara

O.M.