Bu telefon iki il sonra fırtına kimi əsəcək

Bu telefon iki il sonra fırtına kimi əsəcək

1 İyun 2011 13:03
838
Bəyəndim (0) Bəyənmədim (0)

"Touch screen", 3 formalı telefonlardan sonra növbə onlarındır. Budur, mobil telefonların gəldiyi son nöqtə.

Toxunmaqla əməliyyatı həyata keçirən ekranların gələcək həyatını dəyişmək üçün yeni bir addım atıldı. Şimali Koreyadakı "Samsung" institutunda elm adamları qatlanmasına rəğmən, iz qalmayan ekran ərsəyə gətirməyə başlayıblar. Bir sıra maddələrdən əmələ gələn yeni ekranlar 1 mm boyundadır və 180 dərəcə qatlana bilir. Bu xəbərdə bir amma var ki, bu cür ekranlı mobil telefonlarını satış rəflərində görmək üçün 2-3 il gözləməyimiz lazımdır.

Yəqin ki, gözləməyə dəyər...

Günel Həbib

O.M.