Yaponlardan çılğın layihə

Yaponlardan çılğın layihə

31 May 2011 17:27
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponlar son dərəcə iddialı bir layihənin arxasındadırlar. Ayı Günəş panelləri ilə örtmək qərarına gələn dargözlülər bu şəkildə bütün dünyanı enerji ilə təmin etməyi düşünürlər.

"Daily Mail" qəzetinin xəbərinə görə, Günəş panellərini Ayın səthinə robotlarla yerləşdirməyi planlaşdıran yaponlar bu şəkildə dünyanı 13 000 teravatt enerji ilə təmin etməyi düşünür. Günəş enerjisi dünyaya veriləcək, bundan sonra isə lazer və mikrodalğaya çevrilərək, enerji əldə ediləcək.

Yapon "Şimzu" şirkətinin laboratoriyasında qurulan layihə çərçivəsində Ayın işıqlı üzünə 11 min kilometr uzunluğunda və 4 min kilometr genişliyində bir Günəş paneli yerləşdirilməsi planlaşdırılır. "The Luna Ring" adı verilən layihənin başlanğıc tarixi haqda hələlik bir şərh verilməsə də, reallaşması halında dünya üçün sonsuz enerji qaynağı yaratması ümid edilir.

Günel Həbib

O.M.