16 il öncə söylədikləri bir-bir gerçək olur

16 il öncə söylədikləri bir-bir gerçək olur

31 May 2011 13:57
Bəyəndim (0) Bəyənmədim (0)


"Microsoft" rəhbəri Bill Geytsin 16 il bundan öncə söylədiyi sözlər bir-bir gerçək olur. Billin 1994-də yazdığı "The Road Ahead" adlı kitabında irəli sürdüyü təxminlər bu gün təəccübləndirici şəkildə doğru çıxmış görünür.

* İnternet informasiya dünyasına hökm edəcək. (Əksini düşünən varmı?)

* "Microsoft" axtarma sistemində daha sürətli olması lazımdır. (Çox güman ki, Geyts "Google"un bir zamanlar nömrə bir olacağını qabaqcadan bilirmiş)

* Açıq veb-səhifələr MSN, SKYPE, AOL kimi xidmətləri öldürəcək. ("Facebook"u olanlar, orada istədikləri ilə istədikləri şəkildə söhbət edənlər bu proqramları neyləsinlər ki?)

* Ucuz, asanlıqla daşına bilən cihazlar "Windows" və "İntel"i təhdir edə bilər. (Kiçik kompüterlərin bir çoxu "Google"nin Android sistemi ilə işləyir. Son dönəmlərdə bu tip kompüterlərin satışının artması "Windows"un gələcəyi üçün təhlükə alarmı çala bilər)

Bill Geyts, deyəsən, kompüterlə fala baxır.

Günel Həbib

O.M.