4x4-lə 101 metr uçdu

4x4-lə 101 metr uçdu

30 May 2011 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

1911-ci ildən bu yana Amerikada keçirilən "İndianapolis 500"ün (Indy 500) 100-cü il dönümü tarixi bir kadra səhnə oldu. Ünlü oyuncaq firması "Hot Wheels"in heyətindən olan Taner Foust dörd təkərli avtomobili ilə 101 metr tullanaraq, dünya rekordu qırdı. O, daha əvvəlki 91 metrlik uçuşu yeniləmiş oldu. Foustu tribunadan izləyən minlərcə yarışsevər coşqu ilə alqışladı. Onu da qeyd etməyi unutmayaq ki, qəhrəmanımız "Formula 2"-də çempion olub.

Yerli avtoşlar, onun rekordunu təzələməyə çalışmayın. 101 metrdən çox-çox "uzaqlara" gedə bilərsiniz...

Günel Həbib

O.M.