Oxumayana 100 min dollar pul verilir

Oxumayana 100 min dollar pul verilir

30 May 2011 12:35
902
Bəyəndim (0) Bəyənmədim (0)

Oxumaq "adam olmağın" tək yolu deyil. Amerikada bir qrup insan Bil Geyts və Mar Zukerberqdən ilham aldı.

"Thiel Foundation" adlı qeyri-hökumət təşkilatı 20 yaşdan aşağı olan şəxslər üçün bir kurs yaratdı. "20 under 20" adlı kurs 20 tələbəsinə üzvlük təklif edir. Hər üzv olan şəxs isə bu təşkilatdan 100 min dollar pul alacaq. Ancaq təşkilatın maraqlı bir şərti var: tələbələr oxuduqları universitetlərindən vaz keçməlidirlər. Peter Sielin rəhbərlik etdiyi təşkilat artıq başına 20 tələbə toplaya bilib. Hətta bu üzvlər arasında Harvard Universitetinin də tələbələri var. Tələbələr 100 min dolları almaq üçün universitetdən çıxacaqlar. Peter Siel bildirib ki, burda qorxulu heç nə yoxdur. Əgər tələbələr kursda uğur qazana bilməsələr, o zaman universitetlərinə geri dönmək şansları olacaq. Dünyanın ən zəngin iş adamları Bil Geyts, Mark Zukerberq və Lari Elisonun universiteti yarımçıq qoyub, şirkət qurduqları, milyarder olduqları hər kəsə bəllidir.

Sonra da deyirlər, oxumaq, oxumaq, yenə də. Yəqin bu deyim mahnı oxumağa aiddir...

Günel Həbib

O.M