Bu filmi yükləyən 24.583 nəfərin işi çətindir

Bu filmi yükləyən 24.583 nəfərin işi çətindir

27 May 2011 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bəyaz pərdəyə gəldiyi ilk gündən ən yaxşı film kimi "Oskar" alan "The Hurt Locker" eyni zamanda piratlarla mübarizədə də adından bəhs etdirməyi bacarır. Filmi ərsəyə gətirən "Voltage Pictures" bu il ərzində 5 min nəfərlə məhdudlaşmayacaqlarını göstərdi. Onların əlindəki bilgiyə görə, film piratçılıq yolu ilə 24.583 nəfər izləyib. Bu insanlar da bu və ya digər şəkildə qanun qarşısında cavab verməli olacaqlar. Həmin işdə olduqca yavaş irəliləmə qeydə alınsa da, film şirkəti inadından dönməyəcək kimi görünür.

Piratın bir gözü kor olur. Belə getsə, pirat filmə baxanların "gözünü çıxaracaqlar".

Günel Həbib

O.M.