Vərəmi yeni üsulla müəyyənləşdirəcəklər

Vərəmi yeni üsulla müəyyənləşdirəcəklər

27 May 2011 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın səhiyyə və sosial inkişaf naziri Tatyana Qolikova bildirmişdir ki, Rusiya tədqiqatçıları vərəmin diaqnostikasının dünyada analoqu olmayan sistemini işləyib hazırlamışlar. Bu metod kimyəvi terapiya təyin edilən balaca xəstələrin sayını iki dəfə azaltmağa imkan verir.
Nazir müvafiq məruzəni Rusiya iqtisadiyyatın modernləşdirilməsi və texnoloji inkişaf Komissiyasının uşaq səhiyyəsində innovasiya texnologiyalarına həsr olunmuş iclasında təqdim etmişdir. Metodun detalları hələlik açıqlanmır, lakin məlumdur ki, innovasiya texnologiyasının "Generium" şirkəti təklif etmişdir.
Yeni metodun əsasında Diaskintoz adlı məhsul durur. Bu məhsul Tuberkulinə allergik reaksiyası olan uşaqları axtarıb tapmağa imkan verir. Bu vasitədən insanda vərəmin inkişaf ehtimalını qiymətləndirməyə imkan verən diaqnostik tədbirlərin görülməsində istifadə olunur. Vərəm diaqnostikası Mantu sınağının köməyi ilə aparılır.
Sınaqdan məqsəd xəstədə mikobakteriyalara qarşı immunitetin gərginliyini qeydə alıb müalicəyə vaxtında başlamaqdır. Sirr deyildir ki, bəzi uşaqlarda allergiya qeydə alınır. Adekvat münasibət göstərilsə lüzumsuz müalicəyə ehtiyac qalmır.

Könül Aypara