Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

26 May 2011 02:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakıda gecə 15-17° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 763 milli metr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95, gündüz 60-65 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında hava gündüz əsasən yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-20° isti təşkil edəcək.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 11-16° isti, gündüz 21-26° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 9-14° isti, gündüz 19-24° isti təşkil edəcək, dağlarda gecə 4-9° isti, gündüz 14-19° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 12-17° isti, gündüz 23-28° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti təşkil edəcək, dağlarda gecə 7-11° isti, gündüz 17-20° isti olacaq.

Xəbərdarlıq: mayın 26-da qeyri-sabit, əsasən gecə və axşam bəzi yerlərdə yağışlı hava şəraiti davam edəcək. Kür çayına tökülən çaylarda sululuğun artması nəticəsində həftənin sonunadək Kürün aşağı axınında səviyyənin artımının davam edəcəyi gözlənilir.

Könül Aypara