Bu ölkələrdə rahat maşın sürə bilərsiniz

Bu ölkələrdə rahat maşın sürə bilərsiniz

26 May 2011 01:12
Bəyəndim (0) Bəyənmədim (0)
Sürücülük vəsiqəniz etibarlıdırmı?

Azərbaycanın vətəndaşlarına təqdim etdiyi sürücülük vəsiqəsi hansı ölkələrdə keçərlidir? Bu, maraqlıdır?Elə isə məlumatınız olsun:

DİN Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, "Azərbaycan yol hərəkəti haqqında Beynəlxalq Vyana Konvensiyasına qoşulub. Avropa, Asiya və Afrikanın 200-dən artıq ölkəsi bu konvensiyanın üzvüdür. Həmin ölkələrin hər birində Azərbaycanın sürücülük vəsiqəsi ilə avtomobil idarə etmək olar". Vyana Konvensiyasına qoşulmuş ölkələr bunlardır:

Avstriya, Baham adaları, Bəhreyn, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Braziliya, Böyük Britaniya, Macarıstan, Venesuela, Qana, Almaniya, Yunanıstan, Gürcüstan, Danimarka, Zair, Zimbabve, İsrail, İndoneziya, İran, İspaniya, İtaliya, Qazaxıstan, Kot-d'İvuar, Kuba, Küveyt, Latviya, Litva, Lüksemburq, Makedoniya, Mərakeş, Meksika, Monako, Norveç, Pakistan, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, San-Marino, Seyşel adaları, Seneqal, Slovakiya, Sloveniya, Tacikistan, Tailand, Türkmənistan, Özbəkistan, Ukrayna, Uruqvay, Filippin, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, Çili, İsveçrə, İsveç, Ekvador, Estoniya, CAR və s.

Könül Aypara